İngiltərə Premyer Liqasının XXIV turunda “Aston Villa”ya qalib gələn “Mançester Yunayted”in qollarından birinin müəllifi Rasmus Hoylund olub. Matc.az xəbər verir ki, Danimarka millisinin üzvü çempionatda ardıcıl 5 oyundu qol vurmağı bacarır.

Gənc oyunçu yanvarın 14-dən bəri keçirilən 5 matçın hamısında fərqlənə bilib. Hoylund 21 yaş 7 günlüyündə bunu reallaşdırıb. O, Nikolas Anelkadan sonra ən gənc yaşda bunu bacaran futbolçudu. Fransalı 1998-ci ilin noyabrında “Arsenal”da ardıcıl 5 görüşdə qol vuranda 19 yaş 239 günündə olub.

Qeyd edək ki, “Mançester Yunayted” hazırda 41 xalla 6-cı pillədə yer alır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest