"Arsenal"ın yarımmüdafiəçisi Denis Suares məşqçilər korpusunun etimadını doğrulda bilmir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb ispaniyalı oyunçunun zədədən əziyyət çəkməsidi.

Belə ki, "topçular"ın mövsümün sonuna qədər "Barselona"dan icarəyə götürdüyü ulduz futbolçu qasıq nahiyəsindəki ağrılara görə, bir müddət komandadan ayrı qalıb. Hələ ki, oyunların yalnız son 10-20 dəqiqəsində meydana daxil olan 25 yaşlı orta sahə oyunçusunun durumu londonluların ürəyincə deyil.

İngilislər son 4 qarşılaşmanı ehtiyatda keçirən Suaresi birdəfəlik transfer etmək fikrindən uzaqdı. Bu üzdən oyunçu yayda böyük ehtimalla "Barselona"ya qaytarılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest