Bu gün keçirilən AFFA İntizam Komitəsinin (İK) iclasında I divizionun XXI və XXII turunda baş verən hadisələr müzakirə olunub. Matc.az saytı xəbər verir ki, İK yenə bəzi komandaları cəzalandırıb.

MOİK-lə oyun bitdikdən sonra təhqiredici ifadələr işlətən "Qarabağ-2"nin futbolçusu Məmməd Hüseynov 3 oyunluq diskvalifikasiyaya məruz qalıb, klub isə 160 manat cərimələnib.

"Səbail-2" – "Qaradağ Lökbatan" və "Sumqayıt-2" – "Sabah-2" qarşılaşmaları ilə bağlı isə maraqlı cəza tətbiq edilib. Belə ki, hər iki görüşdə meydan sahiblərinin xərək daşıyan uşaqlarının sayı əsasnaməyə uyğun olmadığından, komandalar 80 manatlıq cəriməyə məruz qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest