“İnter” “Zenit”in müdafiəçisi Duqlas Santosla maraqlanır. Matc.az xəbər verir ki, İtaliya klubu müdafiənin sol cinahında yaranan boşluğu onunla doldurmağı planlaşdırır.

Ancaq “Santos” və “Lill” də 29 yaşlı oyunçunu transfer etmək niyyətindədilər. “Neradzurra” Santosun İtaliya təcrübəsinin olmasına arxalanır. “Sambaçı” daha əvvəl “Udineze”nin formasını geyinib.

Qeyd edək ki, 2019-cu ildən “Zenit”in formasını geyinən Duqlas Santosun sankt-peterburqlularla müqaviləsi 2026-cı ilə qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest