“Barselona” baş məşqçi postuna yekun namizədlərini müəyyənləşdirib. Matc.az xəbər verir ki, rəhbərlik 4 mütəxəssis üzərində dayanıb.

Bunlar Roberto De Zerbi (“Brayton”), Yulian Naqelsmann (Almaniya millisi), yayda “Bavariya”dan ayrılacaq Tomas Tuxel və Hans-Diter Flikdi. İspaniya nəhəngi uzun təhlillərdən sonra adıçəkilən məşqçilər arasında seçim etmək qərarına gəlib. Yekun qərarın martın sonuna qədər verilməsi gözlənilir.

Qeyd edək ki, “Barselona”nın hazırkı baş məşqçisi Xavi Ernandes mövsümün sonunda postunu tərk edəcəyini açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest