"Arsenal" UEFA Avropa Liqasında finala çıxsa erməni futbolçu Henrik Mxitaryanın Bakıya gəlib-gəlməmək məsələsi yenidən gündəmə gəlib. Matz.az saytının məlumatına görə, bununla bağlı ESPN kanalı xəbər hazırlayıb.

İngilis telekanalı bildirib ki, məsələni UEFA nəzarətə götürəcək. Belə ki, əgər "topçular" finala çıxsalar, qitənin ali futbol qurumu London klubunun erməni futbolçusu Henrik Mxitaryanın Bakıya səfəri üçün viza alınmasında İngiltərə təmsilçisinə tam dəstək verəcək.

UEFA rəsmiləri 30 yaşlı yarımmüdafiəçinin mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək həlledici qarşılaşma üçün Azərbaycana gəlməsində hər hansı problem olmayacağını düşünürlər: "Bu, UEFA üçün sıradan prosedurdur. Futbolçuların qurumun bayrağı altında keçirilən oyunlarda iştirakını təmin etmək üçün assosasiyalara, klublara və ya səfirliklərə məktub göndərilir".

Qeyd edək ki, Ermənistan milli komandasının da üzvü olan 30 yaşlı Henrix Mxitaryan "Arsenal"ın "Qarabağ" (Ağdam) klubu ilə Bakıda keçirilən səfər matçında iştirak etməyib. 2015-ci ildə Dortmund "Borussiya"sının şərəfini qoruyan Mxitaryan Avropa Liqasında "Qəbələ"yə qarşı səfər oyununa da gətirilməmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest