çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Barselona" "Mançester Yunayted"lə qarşılaşır. Matc.az saytının məlumatına görə, sözügedən görüş kataloniyalıların futbolçusu Lionel Messi üçün əlamətda olub.

Belə ki, argentinalı ulduz bu qarşılaşmada start heyətində meydana çıxmaqla "Barselona"nın heyətində 133-cü çL matçını keçirib. Bununla da o, Anderas İnyestanı (132 oyun) keçərək, turnirdə ən çox oyun keçirən futbolçuların siyahısında 2-ci pilləyə yüksəlib. Birinci pillədə isə Xavi Hernandes qərarlaşıb – 157.

Maraqlıdır ki, oyunun ilk yarısında dubl edən Leo 6 il sonra çL-nin 1/4 final mərhələsində fərqlənə bilib. Bundan əvvəl isə o, son dəfə 2012/13 mövsümündə bu mərhələdə PSJ-yə qarşı oyunda fərqlənmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest