ötən gün Serbiya ilə yoldaşlıq oyununda üz-üzə gələn futzal üzrə milli komandamızın üzvü Vitali Borisov mükafatlandırılıb. Matc.az saytının məlumatına görə, oyunçumuz keçmiş komandası "Ekonomaç"ın rəhbərliyi tərəfində təltif edilib.

Qarşılaşmadan əvvəl sözügedən klubun prezidenti və baş məşqçisi vaxtilə bu komandanın formasını geyinmiş millimizin üzvü Vitaliyə xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, 2016-18-ci illərdə Borisov "Ekonomaç"la 2 dəfər Serbiya çempionu, bir o qədər də ölkə kubokunu qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest