Ağdam klubunun legionerləri daha yaxşı formadadı. Abdellah Zubir təmsilçimizin ən öndə qərarlaşan üzvüdü. 660 xala malik legioner 358-cidi.

Avropa Liqasının sabah keçiriləcək II turu ərəfəsində turnirdə iştirak edən futbolçuların reytinq siyahısı açıqlanıb. Matç.az saytı xəbər verir ki, son oyunların təhlili əsasında qurulan cədvələ "Sevilya"nın yarımmüdafiəçisi Ever Baneqa başçılıq edir.

Hesabında 4096 xal olan futbolçunu komanda yoldaşı Vissam Ben Yeder izləyir – 3567. 3-cü sırada "Genk"in üzvü 3281 xala malik Leandro Trossar qərarlaşıb.

Ən yaxşı Azərbaycan futbolçusu Maksim Medvedevdi. "Qarabağ"ın vitse-kapitanı 495 xalla 460-cı yerdədi. Qazaxıstan "Astana"sında çıxış edən yığmamızın braziliyalısı Riçard Almeyda 438 xalla 484-cü pillədə qərarlaşıb. "Qarabağ"ın daha bir üzvü Qara Qarayev 645-cidi – 204 xal.

Lakin Maksim və Qara "Qarabağ" üç ən yaxşısı sırasına düşə bilmir. çünki Ağdam klubunun legionerləri daha yaxşı formadadı. Abdellah Zubir təmsilçimizin ən öndə qərarlaşan üzvüdü. 660 xala malik legioner 358-cidi. Ondan 94 xal geridə olan Donald Gerye 411-cidi. İnnosent Emeqara isə 446-cl sırada yer alıb – 510 xal.

"Qarabağ"ın sabahkı rəqibi İngiltərə "Arsenal"ının ən yaxşısı isə Pyer-Erix Obameyanqdı. Qabonlu hücumçu 2784 xalla Avropa Liqasında 9-cudu.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest