Çempionlar Liqasnda (ÇL) 1/8 final həyəcanı davam edir. Matc.az xəbər verir ki, bu gün daha iki cavab oyunu keçirilib. İngiltərə Premyer Liqasında liderliyə yüksələn “Arsenal” Londonda “Porto”nu qəbul edib. Portuqaliya klubu ilk matçda minimal fərqlə qalib gəlmişdi.

Çempionlar Liqasnda (ÇL) 1/8 final həyəcanı davam edir. Matc.az xəbər verir ki, bu gün daha iki cavab oyunu keçirilib.

İngiltərə Premyer Liqasında liderliyə yüksələn “Arsenal” Londonda “Porto”nu qəbul edib. Portuqaliya klubu ilk matçda minimal fərqlə qalib gəlmişdi. Bu dəfə “Arsenal” eyni hesabla rəqibini üstələyib. Oyunsonrası penaltiləri daha dəqiq yerinə yetirən "Arsenal" mərhələ adlayıb.

Digər cütdə “Barselona” ilə “Napoli” münasibətləri aydınlaşdırıb. Neapolda rəqibi ilə bərabərə qalan ispanlar evdə qələbə qazanaraq, dörd ildən sonra 1/4 finala adlamağı bacarıb.

Qeyd edək ki, mərhələnin “Atletiko” – “İnter” və “Borussiya” (Dortmund) – PSV oyunları sabah keçiriləcək.

Çempionlar Liqası
1/8 final, cavab oyunları
12 mart

00:00. “Arsenal” (İngiltərə) – “Porto” (Portuqaliya) - 1:0
Qol:
Trossar, 41
Penaltilər seriyası: 4:2

Baş hakim: Kleman Turpin (Fransa)
London, “Emireyts” stadionu
İlk oyun – 0:1


00:00. “Barselona” (İspaniya) – “Napoli” (İtaliya) - 3:1
Qollar:
Lopes, 15, Kanselo, 17, Levandovski, 83 - Rahmani, 30

Baş hakim: Danni Makkiele (Niderland)
Olimpiya stadionu, Barselona
İlk oyun – 1:1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest