23 May 2025, 11:42
FUTBOL
UEFA Avropa Liqasında 2024/2025 mövsümünün ən yaxşı 10 qolu müəyyənləşib.
Matc.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
"Qalatasaray"ın futbolçusu Yunus Akgünün "Tottenhem"lə matçda vurduğu qol ən yaxşı seçilib.
İlk "10-luq"dan "Qarabağ"ın oyunçusu da var. Toral Bayramovun Liqa mərhələsində "Budo Qlimt"ə vurduğu qol 7-ci yerə layiq görülüb.