"Fənərbaxça"nın futbolçusu Sebastian Şimanski karyerasını İtaliyada davam etdirə bilər.

Matc.az  "Sabah"  nəşrinə istinadən xəbər verir ki, "Latsio" polşalı yarıımmüdafiəçini transfer etmək istəyir.

Roma klubu Şimanskinin transferində israrlıdır.  "Latsio" rəhbərliyi növbəti həftə İstanbula gedərək "Fənərbaxça"nın prezidenti Ali Koçla görüşəcək.

Qeyd edək ki,  Sebastian Şimanski bu mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 51 oyunda 7 qol vurub, 9 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest