Həmyerlimizqrup mərhələsiinin 2-ci turunun Albaniya - Almaniya matçının baş hakimi olub. Elbasan şəhərində baş tutan qarşılaşma almanların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycanlı FIFA referisi Kamal  Umudlu 17 yaşadək futbolçular arasında  keçirilən Avropa çempionatında oyun idarə edib.

Matc.az xəbər  verir ki, həmyerlimizqrup mərhələsiinin 2-ci turunun Albaniya - Almaniya matçının baş hakimi olub. Elbasan şəhərində  baş tutan qarşılaşma almanların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Umudlu hər  kkomandanın iki futbolçusunu sarı vərəqə  ilə  cəzalandırıb.

Qeyd edək ki, Kamal Umudlu Avropa çempionatının final mərhələsinə ehtiyat hakim kimi təyinat almışdı. Lakin hakimlərdən biri zədələndiyi üçün onu azərbaycanlı referi əvəzləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest