"Dörddəbir finalçılar arasında olmaq sadə görünə bilər, amma belə deyil"

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 final mərhələsinin “İnter”lə cavab oyununda qazanılan qələbəni (2:1, penaltilər seriyasında 3:2) şərh edib. Matc.az xəbər verir ki, argentinalı mütəxəssis azarkeş amilinin 1/4 finala yüksəlmələrində həlledici rol oynadığını bildirib:

“Azarkeşlərimizə böyük heyranam. Stadiona gələndə və matçın əvvəlində onların bizi qarşılaması çox emosional idi. Bu matça “Kadis”lə pis oyundan sonra gəldik və futbolçularıma çatdırmağa çalışdım ki, indi azarkeşlərdən dəstək istəməyin. Azarkeşlərimiz stadionumuzda həlledici rol oynayırlar. Bütün dünya bunu gördü və bu, oyunçularımızın inanılmaz rəqibə qarşı böyüməsinə kömək etdi. Dörddəbir finalçılar arasında olmaq sadə görünə bilər, amma belə deyil”.

Qeyd edək ki, “Atletiko”nun 1/4 finaldakı rəqibi sabah keçiriləcək püşkatmadan sonra bilinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest