"30-cu dəqiqədən sonra, nəhayət, oyunu öz əlimizə aldıq. Təəssüf ki, təzyiqə baxmayaraq, qol vura bilmədik"

PSV-nin baş məşqçisi Peter Boş Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında Dortmund “Borussiya”sına məğlubiyyəti (0:2) şərh edib. Matc.az xəbər verir ki, çalışdırıcı görüşə zəif başladıqlarını etiraf edib:

“30-cu dəqiqədən sonra, nəhayət, oyunu öz əlimizə aldıq. Təəssüf ki, təzyiqə baxmayaraq, qol vura bilmədik. Final ötürməsi yaxşı alınmırdı. Ola bilsin ki, bir az bəxtimiz gətirmədi. Burada uduzmağımız çox acıdı. Çempionlar Liqasından kənarda qalmaq həmişə çox ağrılı olur”.

Qeyd edək ki, niderlandlılar ümumi hesabda 1:3 məğlub olaraq (1:1, 0:2) mübarizəni dayandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest