18 Aprel 2019, 15:56
FUTBOL
"Selta"nın hücumçusu Yaqo Aspasın taleyinə aydınlıq gəlib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, İspaniya millisinin üzvü Viqo klubundakı çıxışını davam etdirəcək.
Bir neçə klubun maraq dairəsində olan 31 yaşlı oyunçu La Liqa təmsilçisi ilə yeni 2 illik müqavilə imzalayıb. Bununla o, 2023-cü ilin yayına qədər "Selta"ya məxsus olacaq.
Qeyd edək ki, Yaqo Aspas bu mövsüm La Liqada 21 oyunda 15 qola imza atıb.