"Qələbəni əldən buraxdıq. Uduzmağa layiq deyildik. 3 xal qazanaraq, kubok oyunlarına motivasiyalı çıxmaq istəyirdik. Yenə sonluq yox idi". Matc.az saytının məlumatına görə, bunu "Sumqayıt" komandasının baş məşqçisi Ayxan Abbasov deyib.

Topaz Premyer Liqasının XXV turunda evdə "Səbail"ə 1:2 hesabı ilə uduzan "kimyaçılar"ın baş məşqçisi bildirib ki, komandada xarakterin olmaması fikri ilə razı deyil: "Bu gün gənc futbolçulara şans vermişdik. Xarakter barədə futbolçulara inandığımızı bildirmişdik".

Abbasov bir neçə futbolçuya aprelin 23-də yarımfinalda "Zirə" ilə qarşılaşacaqları kubok matçına görə istirahət verdiklərini bildirib: "Bu, bizim üçün önəmlidir. Bəlkə əzmkarlıq göstərərək, bu ilin ağrı-acısını unutdura bilərik".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest