UEFA Avropa Liqasının 1/4 mərhələsində "çelsi" "Slaviya" ilə qarşılaşır. Matc.az saytının məlumatına görə, oyunda komandasının qollarından birinə imza atan Olivye Jiru maraqlı statistika ilə yadda qalıb.

Belə ki, Fransa millisinin forvardı bu mövsüm Messidən sonra Avrokuboklarda 10 qola imza atan ikinci futbolçu olub.

Qeyd edək ki, Jiru vurduğu 10 qolla "çelsi" tarixinə bir mövsümdə Avrokuboklarda ən çox fərqlənən oyunçu kimi düşüb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest