Avropa Liqasının 1/4 final mərhələsində "Benfika"nı yolundan kənarlaşdıran "Ayntraxt" yarımfinala yüksəlib. Matc.az saytının məlumatına görə, alman klubu portuqaliyalı rəqibinə səfərdə uduzsa da, doğma meydanda 2:0 hesablı qələbə qazanaraq adını növbəti mərhələyə yazdırıb.

Bu, Frankfurt təmsilçisinin 39 ildən sonra ilk uğurudur. "İkibaşlı qartallar" sonununcu dəfə 1979/80 mövsmündə UEFA Kubokunda "Bavariya"nı keçərək (0:2, 5:1) finala yüksəlmişdi. Həlledici görüşdə daha bir həmyerlisi Münhenqladbax "Borussiya"sına (2:3, 1:0) qalib gələn "Ayntraxt" çempion olmuşdu.

Qeyd edək ki, budəfəki yarımfinalda "Ayntraxt"ın rəqibi "çelsi" olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest