“Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Zubimendi Avropanın iki böyük klubunun maraq dairəsindədi. Matc.az xəbər verir ki, 25 yaşlı ispaniyalı ilə “Arsenal” və “Bavariya” müqavilə bağlamaq istəyir.

Hər iki klub futbolçunu mövsümün sonunda heyətinə qatmağı planlaşdırır. Lakin San-Sebastyan təmsilçisi onu ucuz qiymətə satmaq fikrində deyil. Avropa nəhəngləri Zubimendi üçün minimum 50 milyon avroluq xərcə düşməli olacaqlar.

Qeyd edək ki, “Real Sociedad”ın yetirməsi olan Martin Zubimendi əsas komandada 186 oyun keçirib, 8 qol vurub, 7 məhsuldar ötürmə verib. Onun müqaviləsi 2027-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest