Bu gün AFFA-nın növbəti Konfransı keçiriləcək. Matc.az saytının məlumatına görə, “Bulvar Marriott Hotel”də baş tutacaq tədbirdə milli assosiasiyanın yeni prezidenti seçiləcək.

Həmçinin gündəliyə başqa məsələlər də daxildi.

Bunlar AFFA prezidenti tərəfindən iclasın açıq elan edilməsi, Konfransın tərkibinin yoxlanılması, AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi, maliyyə hesabatları, müstəqil auditorun hesabatı və AFFA prezidenti vəzifəsinə, həmçinin İcraiyyə Komitəsinə seçkilərin keçirilməsidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest