İngiltərənin 4 klubu avrokuboklarda mübarizəni davam etdirir. "Liverpul" və "Tottenhem" Çempionlar Liqasının, "Çelsi" ilə "Arsenal" isə Avropa Liqasının yarımfinal mərhələsinə vəsiqə qazanıb.
İngiltərənin 4 klubu avrokuboklarda mübarizəni davam etdirir. Matc.az saytı xəbər verir ki, "Liverpul" və "Tottenhem" çempionlar Liqasının, "çelsi" ilə "Arsenal" isə Avropa Liqasının yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Bununla ingilislər 35 ildən sonra bu göstəricini təkrarlayıb. Sonuncu dəfə 1983-84 mövsümündə belə hal yaşanmışdı. Həmin vaxt "Liverpul" və "Mançester Yunayted" çempionlar Kubokunun, "Tottenhem"lə "Nottingem" isə Kuboklar Kubokunun yarımfinalına adlamışdı.
O mövsüm "Liverpul" və "Tottenhem" kuboku başı üzərinə qaldırmışdı.