I divizionda XXIII turdan təxirə salınmış görüşün keçiriləcəyi vaxt müəyyənləşib. Matc.az saytı xəbər verir ki, PFL oyunun aprelin 30-da baş tutacağını açıqlayıb.

Belə ki, həmin gün "Zaqatala" "Qarabağ-2"ni qəbul edəcək. Saat 15:00-da start götürəcək oyun Zaqatala şəhər stadionunda keçiriləcək.

Qeyd edək ki, bu qarşılaşma aprelin 17-də keçirilməli idi. Lakin güclü yağış təxirəsalmaya səbəb olmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest