Həmin vaxtdan bəri komandalar 4 dəfə üz-üzə gəliblər. Bunun üçündə “Bavariya” qələbə qazanıb, son duel isə bərabərliklə yekunlaşıb.

“Arsenal” Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda evdə “Bavariya” ilə qollu (2:2) heç-heçə edib. Matc.az xəbər verir ki, bununla İngiltərə klubu rəqibi önündə qələbə həsrətinə son qoya bilməyib.

Londonlular 2015-ci ildən bəri Münhen klubunu məğlub edə bilmir. Sonuncu qələbə 2015-ci ilin oktyabrında turnirin qrup mərhələsində əldə edilib. Həmin vaxt “topçular” rəqib qapısından iki cavabsız top keçirib.

Həmin vaxtdan bəri komandalar 4 dəfə üz-üzə gəliblər. Bunun üçündə “Bavariya” qələbə qazanıb, son duel isə bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, cavab oyunu aprelin 17-də “Allianz Arena”da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest