Bu gün Konfrans Liqasında 1/4 final mərhələsi start götürəcək.
 
Matc.az xəbər verir ki, ilk oyunlar çərçivəsindəki matçlar eyni gündə baş tutacaq.
 
Türkiyə təmsilçisi “Fənərbaxça” Yunanıstanın Pirey “Olimpiakos”un qonağı olub. Görüş Yunanıstan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. 
 
İngiltərədə “Aston Villa” və “Lill” qarşılaşıb. Görüş meydan sahibinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
 
Qeyd edək ki, cavab oyunları aprelin 18-də keçiriləcək.
 
Konfrans Liqası
1/4 final, ilk oyunlar
 
“Olimpiakos” – “Fənərbaxça” 3:2
Qollar: Fortounis, 8. Yovetiç, 32. Çiquinyo, 57 - Tadiç, 68 (P). İrfan Can, 74

“Viktoriya” – “Fiorentina” 0:0

“Brügge” - PAOK 1:0
Qollar: Vetlesen, 6. 

“Aston Villa” – “Lill” 2:1
Qollar: Vatkins, 13. Makqin, 56 - Diakite, 84

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest