"çox çətin qələbə qazandıq. Birinci hissəni zəif keçirdik. çünki rəqibə ikinci toplarda, hava toplarında uduzduq. Fasilədən sonra oyunumuzda bir qədər dəyişiklik oldu. Daha aqressiv oynadıq və topla yaxşı çıxış etdik. Bunun da sayəsində qələbə qazandıq".

Matc.az saytının məlumatına görə, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov Topaz Premyer Liqasının XXV turunda "Sabah" üzərində qələbədən sonra keçirdiyi brifinqdə deyib.

Yarımmüdafiəçi daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- "Sabah"a qarşı bundan əvvəlki matçınız da gərgin keçmişdi. Bu rəqiblə oyunlarınız niyə belə çətin alınır?

- Bütün komandalara belə olur. çempionatda hamı bir-birinə çətinlik yaradır. "Sabah" da pis komanda deyil, yaxşı oyunçuları var. Onları burda məğlub etmək hər bir komanda üçün çətindi.

- Oyun ərzində hakimə çox etiraz edirdiniz. ümumiyyətlə, hakimliklə bağlı nə deyə bilərsiniz?

- Bizim oyunlara daha çox gənc hakimləri təyin edirlər. Bəzi hallarda da çox sarı vərəqə göstərirlər. Mən də hakimə deyirdim ki, çox "sarı"ya ehtiyac yoxdu. Artıq neçənci oyundu ki, bizim matçımıza gənc referi göndərilir. Bizdən çox onlara çətin olur. çünki biz çempionluq uğrunda mübarizə aparırıq. Onlar üçün isə belə oyunu idarə etmək asan deyil.

- çempionluğa iddia edən komandanın oyunlarına təcrübəsiz hakimlər göndərməyi düzgün hesab etmirsiniz?

- Düzdü, onlara da "artırmaq" üçün belə oyunları idarə etmək lazımdı. Amma bu hal, demək olar ki, hər tur olur. Hakimlər bizim üstümüzdə öyrənəcəklər (gülür). Bizim oyunlarımız gərgin, əsəbi alınır. Bu da gənc hakimlərə çətinliklər törədir.

- Sizin oynamadığınız matçlarda "Neftçi" çox əziyyət çəkir. Bu nə ilə bağlıdı?

- Komanda mənimlə də əziyyət çəkir, mənsiz də. Bizdə meydana çıxan hər bir futbolçu sona qədər "vuruşur", uğurlu nəticə üçün çalışır.

- ötən tura qədər meydana lider kimi çıxırdınız. İndi isə ikinci pillənin sahibi qismində mübarizə aparırsınız. Bu amil sizdə hansısa təzyiq, gərginlik yaradırmı?

- Məhz gərginliyə görə birinci hissəni yaxşı keçirmədik. Lider olanda daha yaxşı idi (gülür). Onsuz da, əvvəlki turlarda da, bundan sonra da bütün oyunlarda qələbə qazanmaq lazımdı. Bizim üçün heç nə dəyişməyib. öndə olanda səhv etmək limitimiz var idi. Lakin artıq belə bir haqqımız yoxdu. Hər oyunda qələbə qazanmasaq, çempionluğu unutmalıyıq. Son 3 turun hər birində 3 xal üçün "vuruşacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest