“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne Çempionlar Liqasında (ÇL) “Real”la görüşlərdəki məhsuldarlığına görə rekorda şərik olub. Matc.az xəbər verir ki, bu, 1/4 final mərhələsinin cavab görüşünə təsadüf edib.

Mançesterdəki qarşılaşmanın 76-cı dəqiqəsində fərqlənən belçikalı ulduz futbolçu “Real” önündə bu turnirdə ümumilikdə 8-ci qola töhfə verib. 32 yaşlı pleymeyker “kral klubu” ilə matçlarda 4 qol, 4 assistlə yadda qalıb. Bununla o, “Bavariya”nın sabiq hücumçusu Covanni Elberə məxsus rekordu təkrarlayıb.

Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan görüşün penaltilər seriyasında məğlub olan “Mançester Siti” mübarizəni dayandırıb. İlk matçda isə 3:3 hesabı qeydə alınmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest