Almaniya II Bundesliqasında XXX tur davam edir. Matc.az saytının məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge" də növbəti oyununa çıxıb.

Aue təmsilçisi səfərdə "Hamburq"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Nazarov görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Qeyd edək ki, 30 oyundan sonra "Ersgebirge" hazırda 33 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest