Növbəti mövsümdən İngiltərə Kubokunda cavab qarşılaşması qaydası ləğv ediləcək.
 
Matc.az xəbər verir ki, turnirin hazırkı formatı heç-heçə olacağı təqdirdə 1-4-cü raundlarda təkrar oyunların keçirilməsini nəzərdə tutur. 2018-ci ildən 5-ci və sonrakı turlarda bu qayda ləğv edilib. Gələn ildən etibarən ləğv 1-ci dövrə daxil olmaqla bütün oyunlara təsir edəcək.
 
Qərar İngiltərə Premyer Liqası ilə İngiltərə Futbol Assosiasiyası ilə birgə verilib. Buna səbəb isə beynəlxalq matçların sayının artırılması olub.
 
Bundan əlavə, indi 5-ci turdan başlayaraq İngiltərə Kubokunun bütün oyunları həftə sonları oynanılacaq və turnirin finalı Premyer Liqa mövsümünün son həftəsonuna təyin olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest