Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında "çempionlar" turniri davam edir. Matc.az saytının məlumatına görə, yarışın 3-cü günündə güləşçilərimiz daha 4 medal qazanıb.

Sərbəst güləşçilərimizdən Turan Bayramov (65 kq) və Abubakr Abakarov (79 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Sənan Əliyev (97 kq) isə bürünc medal qazanıb.

Qızların yarışında Jalə Əliyeva (62 kq) üçüncü yerin sahibi olub.

Qeyd edək ki, turnirə sabah yekun vurulacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest