21 Aprel 2019, 11:24
FUTBOL
İngiltərə Premyer Liqasında ilin ən yaxşısı adını qazanmağa namizəd futbolçular bəlli olub. Matc.az xəbər verir ki, Britaniya Peşəkar Futbolçular Assosiasiyasının siyahısında 6 sima yer alıb. Bunlar Sadio Mane, Virgil Van Diyk ("Liverpul") Bernardu Silva, Serxio Aquero, Rahim Sterlinq ("Mançester Siti") və Eden Azardı ("çelsi").
Qalib mükafatını aprelin 28-də Londonda təşkil olunacaq tədbirdə alacaq.