"Barselona"nın yarımmüdafiəçisi Filipp Koutinyo daha bir klubun maraq dairəsinə düşüb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, indi də "çelsi" onun keçidində maraqlıdı.

London klubu Braziliya millisinin üzvü üçün qarşı tərəflə danışıqlara başlayıb. "Zadəganlar" onu "Real"a keçidi gözlənilən Eden Azara layiqli əvəzləyici gözü ilə baxır. 26 yaşlı "sambaçı"nın transfer qiyməti 100 milyon avro dəyərində göstərilir.

Qeyd edək ki, Filipp Koutinyonun "Barselona" ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest