"Barselona" 35 yaşlı hücumçusu Robert Levandovski ilə müqaviləni uzatmaq niyyətindədir.
 
Matc.az xəbər verir ki, jurnalist Aaron Dominqesin sosial şəbəkələrdə yazdığı kimi, Kataloniya klubu futbolçunun maaşını azaltmaq istəyir.
 
Bu mövsüm Levandovski bütün yarışlarda 43 matçda iştirak edib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun klubla hazırkı sözləşməsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest