"Frozinone" A seriyasının 34-cü turunun matçında evdə "Salernitana"nı məğlub edib.
 
Matc.az xəbər verir ki, aprelin 26-da keçirilən görüş 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Matias Soule, Marko Brescianini və Nadir Dzortea hərəyə bir qol vurub.
 
Qələbə "Frozinone"yə 18-ci pillədən 15-ci pilləyə yüksələrək aşağı liqa zonasını tərk etməyə imkan verib. "Salernitana" xilas ümidini itirərək çempionatın əsas autsayderidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest