"Monako"nun yarımmüdafiəçisi Sesk Fabreqas PSJ-nin hücumçusu Kilian Mbappenin ünvanına tərif yağdırıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ispaniyalı futbolçu dünən onlarla qarşılaşmada het-trik edən gənc forvardı Kriştianu Ronaldoya bənzədib.

Sesk 20 yaşlı oyunçunu sabiq komanda yoldaşı Lionel Messi ilə eyni tərəziyə qoymayıb: "Mbappenin oyununa hər dəfə baxanda özümü onunla eyni meydanda hiss edirəm. Daim hərəkətdə olur, müdafiəçilərdən sıyrılır. Onunla birlikdə oynasaydım, çox əylənərdim. Messi və Ronaldo ilə eyni səviyyədədimi? Bunu təsdiq etməlidi. Ronaldonun düşüncəsi onu inanılmaz edir, Mbappe də bu baxımdan portuqaliyalıya bənzəyir. Ancaq ikinci Messinin gələcəyini təsəvvür edə bilmirəm. İnanmıram ki, kimsə ikinci Messi olsun".

Qeyd edək ki, Fabreqas "Monako"ya bu ilin əvvəlində "çelsi"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest