Mayın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Bakı Marafonu keçirildi. 
 
Matc.az xəbər verir ki, Xırdalan 0.0 alkoqolsuz pivəsi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyan Marafonun əsas tərəfdaşlarındandır.
 
“Küləyə qalib gəl” şüarı altında yeddinci dəfə keçirilən Bakı Marafonunun bu il start nöqtəsi ilə yanaşı finişi də Dövlət Bayrağı Meydanında oldu və 18 mindən çox iştirakçı cəlb etdi.
 
Bakının dad simvollarından olan Xırdalan, bu dəfə tam alkoqolsuz Xırdalan 0.0 pivəsi ilə marafon iştirakçılarının macəralarının yol yoldaşı oldu. 
 
Bu il 100-dən çox iştirakçı Bakı Marafonunda Xırdalan 0.0 komandası tərkibində start götürdü. 
 
Bakı Marafonu 2024-ün qalibləri  kişilər və qadınlar olmaqla iki kateqoriya üzrə müəyyənləşdi. Birinci yerin qaliblərinə 3000 manat, ikinci yerin qaliblərinə 2000 manat, üçüncü yerin qaliblərinə 1000 manat pul mükafatı, həmçinin müxtəlif hədiyyələr və sertifikarlar təqdim olundu.  
 
Qeyd edək ki, Bakı Marafonu 2024-ün tərəfdaşı “Xırdalan 0.0” - pasterizə olunmuş açıq rəngli alkoqolsuz pivədir. Tərkibində konservant yoxdur. Keyfiyyətli mayadan hazırlanmış zəngin ətirli və nəfis dadlı lager pivəsi “Xırdalan 0.0” artıq istehlakçılara təqdim olunub. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest