I divizionda XXIV turun oyunları üçün hakim təyinatları açıqlanıb. Matc.az saytı xəbər verir ki, aşağı liqaya göndərilənlər arasında elita referiləri də var.

Belə ki, İnqilab Məmmədov "Qarabağ-2" - "Qaradağ Lökbatan" qarşılaşmasında 4-cü hakim funksiyasını yerinə yetirəcək. Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsində "Qəbələ" - "Qarabağ" qarşılaşmasını idarə edəcək Vüqar Həsənli 3 gün sonra "Ağsu" – "Sabah-2" matçında ədaləti qoruyacaq. Həsənli aprelin 27-də isə Topaz Premyer Liqasının XXVI turu çərçivəsində iş başında olacaq.

Həmçinin Səbuhi Bayramov da 4 gün ərzində 3 oyunda olacaq. ölkə kubokunun "Sumqayıt" - "Zirə" görüşündə baş hakim olacaq Bayramov ayın 26-da "Zirə-2"nin "Şüvəlan"la görüşündə ehtiyat hakim kimi fəaliyyət göstərəcək. O, ertəsi gün "Zirə"nin bu dəfə Premyer Liqa çərçivəsində "Qarabağ"la oyununu idarə edəcək.

 

I divizion

XXIV tur

26 aprel (cümə)

15:00. "Neftçi-2" – "Keşlə-2"

Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Səbuhi Soltanov, Kamal Umudlu

Hakim-inspektor: Fariz Yusifov

AFFA nümayəndəsi: Eldəniz Musayev

"ASK Arena" (pfl.az/canlı)

 

15:00. MOİK – "Zaqatala"

Hakimlər: Rövşən Rəcəbov, Nahid Əliyev, Ruslan Quliyev, Rahil Ramazanov

Hakim-inspektor: Rufulla Kərimov

AFFA nümayəndəsi: Ələddin Ələkbərov

Lökbatan Olimpiya İdman Kompleksinin stadionu ("CBC Sport" / canlı)

 

15:00. "Qarabağ-2" - "Qaradağ Lökbatan"

Hakimlər: Xəlil Xəlilov, Cavanşir Yusifov, Teymur Teymurov, İnqilab Məmmədov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

"Azersun Arena"

 

15:00. "Ağsu" – "Sabah-2"

Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Elxan Əsgərzadə, Fərid Hacıyev

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Ağsu şəhər stadionu

 

15:00. "Səbail-2" – "Kəpəz"

Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Taleh Məmmədov, Mübariz Haşımov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Rüfət Əmirov

"ASCO Arena"

 

15:00. "Sumqayıt-2" – "Turan Tovuz"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Pərvin Talıbov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Erkin Hüseynov

"Kapital Bank Arena" (ehtiyat meydança)

 

15:00. "Şüvəlan" – "Zirə-2"

Hakimlər: Rauf Allhaverdiyev, Zöhrab Abbasov, Elman Kərimov, Səbuhi Bayramov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: İlham Əliyev

"AZAL Arena"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest