"çelsi"nin yarımmüdafiəçisi Kallum Hadson-Odoi sıradan çıxıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc futbolçu İngiltərə Premyer Liqasının XXXV turunda "Bernli" ilə (2:2) dünən keçirilən qarşılaşmada zədələnib.

Bu üzdən 41-ci dəqiqədə əvəzlənən 18 yaşlı oyunçu bu gün tibbi müayinədən keçib. Məlum olub ki, zədə ciddidi və Hadson-Odoi üçün mövsüm erkən bitib. Ancaq futbolçunun neçə ay sonra sıraya dönəcəyi hələ bəlli deyil.

Qeyd edək ki, Kallum Hadson-Odoi cari mövsümdən "çelsi"nin əsas komandasında müntəzəm oynamağa başlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest