AVRO-2024-də iştirak edəcək futbol üzrə Macarıstan milli komandasının heyəti açıqlanıb.
Matc.az xəbər verir ki, Avropa çempionatında yığmanın heyətində 26 futbolçu yer alıb.
A qrupunda mübarizə aparacaq macarların heyətini təqdim edirik:
Qapıçılar: Deneş Dibuş (“Ferentsvaroş"), Peter Qulaçi (“Leyptsiq”), Peter Sappanoş (“Pakş”)
Müdafiəçilər: Botond Baloq (“Parma”), Endre Botka (“Ferentsvaroş”), Marton Dardai (“Herta”), Attila Fiola (“Fehervar”), Adam Lanq (“Omoniya”), Villi Orban (“Leyptsiq”), Attila Salai (“Frayburq”)
Yarımmüdafiəçilər: Bendequz Bolla (“Servett”), Mihayli Kata (MTK), Miloş Kerkez (“Bornmut”), Laslo Klaynhaysler (“Hayduk”), Adam Nad (“Spetsiya”), Jolt Nad (“Puşkaş Akademiya”), Loik Neqo (“Havr”), Andraş Şefer (“Union”), Kallum Staylz (“Sanderlend”)
Hücumçular: Martin Adam (“Ulsan Hyundai”), Kevin Çobot (“Uypeşt”), Daniel Qazdaq (“Filadelfiya Union”), Kristofer Horvat (“Keçkemeti”), Roland Sallai (“Frayburq”), Dominik Soboslai (“Liverpul”), Barnabas Varqa (“Ferentsvaroş”).
Qeyd edək ki, iyunun 14-də start götürəcək mötəbər turnirin oyunlarına iyulun 15-də yekun vurulacaq. Macarıstan millisi qrupda Almaniya, İsveçrə və Şotlandiya yığmaları ilə mübarizə aparacaq.