UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Sabah"la qarşılaşacaq "Barselona" Bakıya gəlib.
Matc.az xəbər verir ki, komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər qarşılayıblar.
Kataloniya təmsilçisi Azərbaycana 22 oyunçu ilə gəlib. Qonaqların heyətində Rodri, Xavi Espart, Andreas Kristensen və Lamin Yamal oyunu buraxacaqlar
Siyahıda Joan Qarsiya, Voysex Şesni, Dominik Livakoviç, Joau Kanselu, Alexandro Balde, Pau Kubarsi, Jerar Martin, Jül Kunde, Erik Qarsiya, Aleks Kampos, Brayan Farinas, Qavi, Fermin Lopes, Pedri, Dani Olmo, Frenki de Yonq, Mark Bernal, Qabriel Jezus, Rafinya, Kərim Adeyemi, Entoni Qordon və Cessi Bisivu yer alıblar.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21:45-də start götürəcək.













