24 Noyabr 2026, 06:42
FUTBOL
İlk “onluğ”a düşməyən, lakin ekspertlərdən səs alan komandalar arasında Dortmund “Borussiya”sı, “Roma”, “Aston Villa”, “Sportinq” və “Mançester Yunayted” də yer alıb.
ESPN UEFA Çempionlar Liqasının liqa mərhələsinin beşinci turu ərəfəsində turnirin əsas favoritlərinin reytinqini açıqlayıb. Matç.az xəbər verir ki, siyahıda ilk beş pillədə İngiltərə Premyer Liqasını yalnız bir klub təmsil edir.
ESPN-in jurnalistləri, redaktorları və ekspertlərindən hazırda Çempionlar Liqasının kubokunu qazanmaq şansı ən yüksək olan 10 komandanı müəyyənləşdirmək istənilib.
Reytinqin lideri 17 səsdən 15-ni birinci yer üçün toplayan PSJ olub. Paris təmsilçisinin əsas favorit hesab edilməsinin səbəbi komandanın turnirdəki uğurlu çıxışıdır. Son iki mövsümün Çempionlar Liqası qalibi liqa mərhələsində keçirdiyi dörd oyunun hamısında qələbə qazanıb, rəqib qapılarından 20 top keçirib. PSJ artıq “Mançester Siti” və “Barselona” üzərində də qələbə əldə edib.
ESPN-in hazırladığı reytinqin ilk “onluğ”u belədir:
1. PSJ – 15 birinci yer səsi;
2. “Barselona” – 1 birinci yer səsi;
3. “Arsenal” – 1 birinci yer səsi;
4. “Real Madrid”;
5. “Bavariya”;
6. “Mançester Siti”;
7. “Liverpul”;
8. “Komo”;
9. “İnter”;
10. “Atletiko Madrid”.
İlk “onluğ”a düşməyən, lakin ekspertlərdən səs alan komandalar arasında Dortmund “Borussiya”sı, “Roma”, “Aston Villa”, “Sportinq” və “Mançester Yunayted” də yer alıb.
Xatırladaq ki, Çempionlar Liqasının liqa mərhələsinin beşinci turunun oyunları noyabrın 25-26-da keçiriləcək. Bu turda PSJ doğma meydanda “Roma”nı qəbul edəcək.



_1692281007.jpg)









