“Vilyarreal”ın yarımmüdafiəçisi Santi Komesanya İspaniya çempionatının XIII turunda “Barselona”ya qarşı səfər oyununda (2:3) hakim idarəçiliyindən narazılığını bildirib.

Matc.az xəbər verir ki, futbolçu Kataloniya təmsilçisinin oyunçularının qarşılaşma ərzində hakimə ciddi təzyiq göstərdiyini və bunun ikinci hissədə verilən qərarlara təsir etdiyini deyib.

“Eyni hal “Santyaqo Bernabeu”da da başımıza gəlmişdi. Nəticədə onların hakimlərə göstərdiyi təzyiq çox güclü olur. İlk hissədə “Barselona”nın yeddi futbolçusu hakimin qarşısında etiraz edirdi. Düşünürəm ki, bu, ona təsir göstərdi. Çünki ikinci hissənin əvvəlində cəmi beş dəqiqə ərzində bizə iki sarı vərəqə göstərildi.

Bundan başqa, ardıcıl bir neçə qayda pozuntusuna görə fit çalındı, halbuki həmin epizodlar çox mübahisəli idi. Daha sonra mübahisəli künc zərbəsi təyin olundu. Halbuki hakim qapıdan zərbə də verə bilərdi. Çünki topa toxunuşu heç kim görməmişdi, əgər ümumiyyətlə, belə bir toxunuş olmuşdusa.

Sonda hakimə dedim: “Bəsdir, artıq kifayətdir. Təzyiq üstünlük qazana bilər. İlk hissədə necə idarə edirdinizsə, elə də hakimlik edin”, - deyə Komesanya DAZN-a açıqlamasında bildirib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest