24 Noyabr 2026, 09:54
FUTBOL
“Mançester Siti”nin baş məşqçisi Enzo Mareska Çempionlar Liqasının liqa mərhələsinin V turunda “Napoli”yə qarşı keçiriləcək oyun öncəsi gözləntilərini bölüşüb. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis mətbuat konfransında komandasının son vaxtlar Premyer Liqada uğursuz çıxışına toxunub və avrokuboklardakı əsas hədəflərini açıqlayıb.
Mareska bildirib ki, turnirdən asılı olmayaraq, “Mançester Siti” hər oyuna qələbə məqsədilə çıxır. O, İngiltərə çempionatında ardıcıl dörd matçda qalib gələ bilməmələrinin məyusedici olduğunu etiraf edib:
“Qələbə qazanmaq və Çempionlar Liqasında indiyədək uğurla davam edən çıxışımızı sürdürmək üçün yaxşı fürsətimiz var. Əsas məqsədimiz növbəti mərhələyə vəsiqə qazanmaqdır. İlk “səkkizliy”ə düşə bilməsək, əlavə iki oyun keçirməli olacağıq”.
Mareska sıx oyun qrafikini nəzərə alaraq, əlavə qarşılaşmalardan yayınmağın vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, komandanın qarşısında duran əsas vəzifələrdən biri liqa mərhələsini ilk “səkkizlik”də başa vurmaqdır.










_1692281007.jpg)


