Arda Gülərin mövsümün sonlarına doğru "Real"daki məhsuldar çıxışı Karlo Ançelottinin onun barsində planlarını dəyişə bilər.

Matc.az xəbər verir ki, Ançelotti növbəti mövsümdə də Arda Güleri komandada saxlamağı düşünür.

Jurnalistlərin komandada onu ​​təəccübləndirən futbolçularla bağlı sualını cavablandıran italiyalı mütəxəssis Ardanın da adını çəkib və “zədə problemi olmasaydı, daha çox oynayardı” deyə açıqlama verib.

Qeyd edək ki, böyük ümidlərlə Madrid klubuna transfer olunan türkiyəli gənc ulduz cari mövsümdə əsas heyətə düşməkdə çətinlik çəkib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest