Minifutbol üzrə Azərbaycan çempionatının cari mövsümünə yekun vurulub.

Matc.az xəbər verir ki, çempionatın final qarşılaşmasında "Aznur” və “Birbaşa Bakı" komandaları üz-üzə gəlib. Görüş "Birbaşa Bakı"nın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə “Birbaşa Bakı” ardıcıl 3-cü dəfə çempion olub və ölkəmizi Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb.

Üçüncü yer uğrunda mübarizəni isə "Odlar Yurdu"nu 3:1 hesabı ilə məğlub edən "Real Bakı" qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest