Rusiyanın “Zareçye-2009” hokkey klubunun 15 yaşlı oyunçusu İvan Bajenov faciəvi şəkildə dünyasını dəyişib.

Matc.az xəbər verir ki, idmançını qatar vurub və o, dərhal hadisə yerində ölüb.

Hadisə Kstovski rayonunda baş verib. O, komandada hücumçu kimi çıxış edib və 15 yaşını aprelin 20-də tamamlayıb.

Qeyd edək ki, “Zareçye-2009” bu mövsüm yeniyetmələr arasında region çempionu olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest