"İlk oyundan sonra fikir bildirmək çətindir. İstənilən nəticə heç nə demək deyildi. Cavab görüşündə qalib gəlməyə çalışacağıq. Təəssüf ki, heyət qışdan əvvəl güclənmədi. Futbolçular sağ olsunlar ki, əllərindən gələni etdilər". Matc.az saytının məlumatına görə, bu sözləri "Zirə" komandasının baş məşqçisi Samir Abasov səfərdə "Sumqayıt"la qolsuz heç-heçə etdikləri Azərbaycan Kubokunun ilk yarımfinal matçından sonra mətbuat konfransında deyib. 

41 yaşlı mütəxəssis bildirib ki, 5000 manat mükafat qoyulduğundan xəbərsizdir. O, belə oyunlardan sonra gedib yoxsa qalacağı barədə qərar qəbul edəcəklərini vurğulayıb: "Qəbələ" və "Qarabağ" kimi komandalarla oyunlar futbolçular üçün bir siqnaldır". 

Abasov son olaraq oyundan zövq aldığını söyləyib.

(spornet.az)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest