D qrupunda yer alan yığmanın baş məşqçisi Didye Deşam çempionatda aşağıdaki 24 futbolçuya yer verib.
Fransa AVRO-2024-də iştirak edəcək futbol üzrə milli komandanın heyətini açıqlayıb.
Matc.az xəbər verir ki, D qrupunda yer alan yığmanın baş məşqçisi Didye Deşam çempionatda aşağıdaki 24 futbolçuya yer verib.
Qapıçılar: Alfons Areola ("Vest Hem"), Mayk Menyan ("Milan"), Bris Samba ("Lans")
Müdafiəçilər: Jül Kunde ("Barselona"), Conatan Kloss ("Marsel"), Benjamin Pavar ("İnter"), İbraima Konate ("Liverpul"), Vilyam Saliba ("Arsenal"), Dayo Upamekano ("Bavariya"), Teo Ernandes ("Milan"), Ferlan Mendi ("Real", Madrid)
Yarımmüdafiəçilər: Seko Fofana ("Əl-İttifaq"), Adrian Rabio ("Yuventus"), Varren Zair-Emri (PSJ), Orelen Çuameni ("Real", Madrid), Antuan Qrizmann ("Atletiko", Madrid), Nqolo Kante ("Əl-Hilal")
Hücumçular: Bradli Barkola (PSJ), Usman Dembele (PSJ), Kinqsli Koman ("Bavariya"), Olivye Jiru (“Los-Anceles”) Kolo Muani (PSJ) Kilian Mbappe (PSJ), Markus Türam ("İnter")
Qeyd edək ki, AVRO-2024-də Fransa millisi D qrupunda Niderland, Avstriya və Polşa yığmaları ilə mübarizə aparacaq.