İngiltərə Premyer Liqasının XXXI turu çərçivəsində baş tutan "Uotford" – "Sauthempton" matçında rekord qeydə alınıb. Matc.az saytının məlumatına görə, sözügedən oyunda Premyer Liqa tarixinin ən erkən qolu vurulub.

Qonaqların hücumçusu Şeyn Lonq qarşılaşmanın 7-ci saniyəsində rəqib torunu silkələyərək adını tarixə yazdırıb.

Qeyd edək ki, bundan öncəki ən erkən qol 2001/2002 mövsümündə 10-cu saniyədə "Tottenhem"in müdafiəçisi Ledli Kinq tərəfindən "Bredford"a vurulmuşdu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest