24 Aprel 2019, 10:36
FUTBOL
"Fiorentina"nın hücumçusu Federiko Kyeza karyerasını Almaniyada davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Bavariya" gənc forvardın xidmətində maraqlıdı.
Yayda heyətini gücləndirməyi planlaşdıran Münhen təmsilçisi 21 yaşlı forvard üçün florensiyalıların qapısını döyüb. Bundesliqa çempionu Kyezanın transferi üçün 70 milyon avro ödəməyə hazırdı.
Qeyd edək ki, Federiko Kyeza bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 35 oyunda 12 qol, 8 assistlə yadda qalıb.